Вторник, 12.12.2017, 15:28
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы новостей
Saytimizdaki yeniliklar [9]
Maqalalar [6]
!!!!!!!!! Aktual movzu !!!!!!!!! [0]
Hadis elmi [5]
Qurani-Kerim [13]
Dualar [2]
Мини-чат
Главная » 2009 » Июнь » 2 » Abasa surasi kimin barasinda nazil olub ?
Abasa surasi kimin barasinda nazil olub ?
11:18
Əbəsə surəsinin ilk yeddi ayəsi varlılara və zəngin insanlara onların mal-dövlətinə görə meyilli olan, sonsuz ehtiram bəsləyərək, hörmətlə yanaşan, amma kasıb, yoxsul və fağır insanlara aşağı gözlə baxan, onları əskik və dəyərsiz sayan bir şəxsin əməlinə etiraz olaraq nazil olmşdur.
    Lakin bəziləri bu ayələrin Peyğəmbər(s)-ın haqqında nazil olmasına diqqət yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin Peyğəmbər(s)-la birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət Məhəmməd(s) kafir bə müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların yanına gələrək, Peyğəmbər(s)-dan ona öz dini haqqında məlumat verməyi tələb etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər(s) kor kişinin istəyinə e,tiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina etmədi. Elə bu vaxt Allah tərəfindən Əbəsə surəsinin ilk yeddi ayəsi nazil olaraq, Peyğəmbər(s)-ı bu hərəkətinə görə danladı. Nəticədə o, öz əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.
    Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz:
    1) Söylənilən rəvayət mənbə və sənəd baxımından etibarlı deyildir. Çoxsaylı məşhur islam alimləri bu hədisə etina olunmamasına təkid etmişlər . Çünki hədisi söyləyən şəxslər onu etibarlı və səlahiyyətli mənbəyə əsaslandırmamış və həmçinin rəvayəti nəql edənlərin arasında tanınmamış və kimliyi məlum olmayan şəxslər də mövcuddur. Belə ki, iddia edilən hadisənin baş verdiyi zamana ən yaxın yaşamış və onu sonrakı nəslə rəvayət etmiş şəxslər, İbn Abbas və Aişədir ki, onlar da, o vaxt ya dünyaya gəlməmiş və yaxud da, südəmər uşaq olmuşdur.
    2) Hədisin mətni də, ziddiyyətli formada nəql olundğu üçün, rəvayətlərin arasında müxtəlif paradokslar mövcuddur.
    Aişə bir yerdə İbn Ümm Məktumun Peyğəmbər(s)-ın yanına gəldiyində, O həzrətin(s) müşriklərin rəhbələrilə söhbətə məşğul olduğunu deyir. Başqa bir yerdə isə Peyğəmbərin bəzi məsələləri Qüreyşin rəhbərlərilə müzakirə etdiyini söyləyir və onların Əbu Çəhl və Ütbə olmasına diqqət çəkir. Digər rəvayətində də, o, bu şəxslərin Ütbə və Şeybədən ibarət olduğunu söyləyir. İbn Abbasa görə isə onlar Ütbə, Abbas və Əbu Cəhl idi. Amma Ənəsin rəvayətinə görə Peyğəmbər(s) bir nəfərlə, yəni؛ Übəyy ibn Xələflə danışırdı. Əbu Malik isə Peyğəmbərlə (s) danışan şəxsin Üməyyə ibn Xələf olduğunu deyir. Mücahid onların Ütbə ibn Rəbiə və Üməyyə ibn Xələf olduğunu iddia edir. Mücahid başqa bir yerdə isə onun yalnız qüreyşli adi bir şəxs olduğuna israr edir.
    3) İşarə olunan ayələr xitab etdiyi şəxsi qaraqabaq, adamayovuşmaz, qatı və tünd xasiyyətli bir insan kimi tanıdır. Bir halda ki, tarix boyu belə bir xüsusiyyət nə Quran, nə Peyğəmbər(s)-ın dostları və nə də düşmənləri tərəfindən ona nisbət verilməmişdir. Həqiqətdə o dövrün insanları Peyğəmbər(s)-ın gözəl əxlaqa malik olduğuna və mehriban həmsöhbət olduğuna həmişə etiraf etmişlər.Bir sıra müfəssirlərin yazdıqlaına əsasən o Həzrət(s) insanlara qarşı o qədər səmimi və məhəbbətlə davranırdı ki, hətta əl görüşdükdə belə öz əlini qarşı tərəfin əlindən əvvəl geri çəkməzdi ki, bəlkə onun xətrinə dəyə bilər. Bəs necə ola bilər ki, İslam dinini öyrənmək məqsədilə gələn şəxsə qarşı etinasızlıq və hörmətsizlik etsin? Bütün ilahi peyğəmbələr heç zaman xalqı onlardan uzaqlaşdıracaq əməllərə əl atmırlar. Çünkü belə hərəkətlər onların vəzifələrinin naqis və natamam qalmasına gətirib çıxarır ki, bu da öz nöbəsində yol verilməzdir.
    4) Söylənilən ayələr tənqid etdiyi şəxsi zəngin və varlı insanlara meyllı olmaqda, amma yoxsul və kasıb xalqa etinasızlıq etməkdə təqsirləndirir.
    Halbuki, Həzrət Məhəmməd (s) belə xüsusiyyətə malik deyildi. O, daim yoxsul insanlara qarşı daha da mehriban davranlrdı. Və həyatı boyu insanları var-dövlətlərinə qiymətləndirmədi.
    5) Bəhs olunan ayələrin birində deyilir: وَ ما يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى‏
    "Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"
    Bu şəkildə yalnız elə şəxsə müraciət oluna bilər ki, o, öz tayfasının və yaxud da xalqın imanlı olması üçün kifayət qədər və lazımı miqdarda ürək yandırmır. Deməli əgər ayə Peyğəmbərə (s) xitabən söylənilibsə, belə nəticə almaq olar ki, o, öz vəzifəsini, peyğəmbərliyini yerinə gətirmək üçün həvəsli deyil və ilahi risalətinə etinasız yanaşır. Bir halda ki, bu mümkün deyil. Çünki Allah-Təala öz hikmət, elm və qüdrətilə yalnız öz vəzifəsini artıqlamasıyla və ən ali dərəcədə yerinə yetirən şəxsləri peyğəmərlik məqamına layiq görür. Əks təqdirdə həm ilahi hikməti, elmi, və həmcinin peyğımbərlərin göndərilmə hədəfi sual altında qalacaq.
    6) Qurani- Kərimin başqa ayələri Peyğəmbərin (s) necə də, ali əxlaqa və gözəl, üstün keyfiyyətlərə malik olduğunu bəyan edir. Və bu ayələr O Həzrətin (s) dini öyrənmək istəyən kor bir şəxsə qarşı etinasızlıq, hörmətsizlik etməsini qeyri-mümkün sayır. Belə ki, buyurulur : وَ إِنَّكَ لَعَلى‏ خُلُقٍ عَظِيم
    "Və həqiqətən sən əzəmətli və kamil əxlaqa hakimsən."
    Və ya:
    فَبِما رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَ لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِين
    "Allahın rəhməti səni onlara qarşı xoşrəftar və mərhəmətli etdi. Əgər tünd xasiyyət və daş qəlbli olsaydın xalq sənin ətrafından dağılardı."
    Və yaxud: وَ ما أَرْسَلْناكَ إِلاَّ رَحْمَةً لِلْعالَمِينَ
    "Biz səni aləmlərə rəhmət olaraq göndərdik."
    7) Qurani- Kərim buyurur: وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُون
    "Kafirlər çox istəyirlər ki, sən onlarla razılığa və sazişə üz gətirəsən, onlar da səninlə razılaşsınlar."
    Sonra isə Allah–Təala Peyğəmbər(s)-ı bu işdən çəkindirərək, kafirlərlə yaxınlığın qadağan olmasını bildirir. Necə ola bilər ki, Peyğəmbər(s) Allahın əmrinə etinasızlıq edib, müşriklərə tərəf meylli olsun?
    8) Diqqət etmək lazımdır ki, "من استغنا" ibarətindən məqsəd özünü öyüb, var- dövlətinə görə başqalarından üstün tutan , sərvətiylə insanlara təkəbbür edən şəxslərdir.
    Və həmçinin "تصدي" ibarətindən məqsəd də, susuz insanın suya olan hərisliyi kimi olan şiddətli bir meyl və həvəsdir. Deməli tənqid olunan şəxs, hədsiz dərəcədə zəngin və lovğa şəxslərə düşkündür. Elə buna görə də sonrakı ayələr qəti şəkildə bu əməli pisləyərək , o şəxsi şiddətli formada tənqid edir və hədələyir. Belə olan halda necə iddia edə bilərik ki, söylənilən ayələr Həzrət Məhəmməd(s) haqqəndadır? Halbuki o, heç bir zaman belə xasiyyətlə tanınmamışdır.
    9) Qurani-Kərimdə buyurulur:
    لا تَمُدَّنَّ عَيْنَيْكَ إِلى‏ ما مَتَّعْنا بِهِ أَزْواجاً مِنْهُمْ وَ لا تَحْزَنْ عَلَيْهِمْ وَ اخْفِضْ جَناحَكَ لِلْمُؤْمِنِين
    "Heç vaxt kafirlərə verdiyimiz nemətlərdə gözün olmasın. Onların var- dövlətinə və zənginliyinə görə kədərlənmə. Öz rəhmət və mərhəmət qanadlarını möminlərin üzərinə sal."
    Bu ayə islamın ilk dövrlərində nazil olmuşdur. Beləliklə necə iddia oluna bilər ki, Həzrət Məhəmməd(s) Allahın nazil etdiyi bu mübarək ayəyə etinasızlıq edərək, kor kişini təhqir etsin və varlı müşriklərin İslama cəlb olmasına daha çox əhəmiyyət versin?
    10) Bir çox alimlərin nəzərlərinə əsasən "Qələm" surəsi "İqrə" surəsindən bilafasilə sonra nazil olmuşdur. Belə olduğu halda necə ola bilər ki, Peyğəmbər(s) peyğəmbərliyinin ilk dövründə "əzəmətli və kamil əxlaqa hakim" adlandırılsın, amma bir müddət sonra kor kişiyə haqsız yerə qəzəblənərək, kobudluq etdiyi üçün Allah tərəfindən tənqid edilıb, məzəmmət olunsun?
    11) Bəzi islam alimlərinin fikrinə görə, Əbəsə surəsinin ilk yeddi ayəsində Allah- Təala olduqca şiddətli, sərt və kəskin şəkildə öz hiddətini izhar edərək, kor kişiyə ehtiramsızlıq edən şəxsi, tənqid atəşinə tutmuşdur. Çünki ayələrdəki danlaqlardan əlavə, ilk iki ayədə məzəmmət olunan şəxsin adı çəkilməmişdir. Bu da onu aşkarlayır ki, Allah- Təala bu şəxsdən üz çevirmiş və ona nifrət etdiyi üçün adını çəkməmiş və ona işarə belə etməmişdir. Sonra isə son iki ayədə ona müxaciət edərək, birbaşa ağır şəkildə məzəmmət etmişdir.
    Belə olan halda ayədəki şəxsdən məqsəd Məhəmməd peyğəmbərin(s) olmadığı aydınlaşır. Cünki ilahi peyğəmbərlər heç bir zaman Allahın qəzəbinə, nifrətinə düçar olan əməllər etməzlər.Və belə şəxsləri hikmətli Allah heç bir vaxt peyğəmbərlik məqamına da layiq görməz.
    12) Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor kişini təhqir edən şəxs, Peyğəmbər(s)-ın söhbət etdiyi müşriklərdən, bəni-Üməyyə müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməd(s)-dan ona öz dini haqqında danışmasına israr edərkən, bəni- Üməyyədən olan bu şəxs, onu ələ salaraq, məsxərə etdi.Və ondan uzaqlaşdı.
    Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi. Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin, dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı.
    13) Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin(s) adı çəkilməmiş, bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi peyğəmbər(s)olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər(s) deyil, bəni- Üməyyədən olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl hadisənin necə baş verdiyi aydınlaşır.
   

    - Fəxri Razi," İsmətül- ənbiya", səh 137; Şeyx Tusi, "Ət-tibyan fi təfsiril- Quran", c10, səh 269; Seyyid Mürtəza, "Tənzihül-ənbiya", səh 65
    - Əllamə Bəlaği, "Əl-hüda ila dinil-Mustəfa", c7, səh 193-194
    -Əllamə Bəlaği, "Əl- hüda ila dinil- Müstəfa", c1, səh194-195.
    - Fəxrrazi, "İsmətül- ənbiya", səh137
    - Şeyx Tusi, "Əttibyan fi təfasirul-Quran", c10, səh269; Seyyid Mürtəza, "Tənzihül- Ənbiya", səh 66
    Fəxrrazi," İsmətül- ənbiya", səh137-
    " İsmətül-Ənbiya", səh 137-
    - Qələm/3
    - Ali-İmran/159
    -Ənbiya/107-
    - Qələm/9
    - "Əl-hüda ila dinil- Müstəfa", c1, səh 196
    - "Ət- tibyan fi təfsiril-Quran", c10, səh 270
    - Hücurat/88
    - Əllamə Təba-təbai, "Əl- mizan", c 20, səh 203-204
    - Əllamə Təba-təbai, "Əl- mizan", c 20, səh 199- 200
    - "Ət-tibyan fi təfsiril-Quran", c10, səh 269

Категория: Qurani-Kerim | Просмотров: 851 | Добавил: islam-kataloq | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM© 2017