Четверг, 25.04.2024, 04:33
KATALOQ
Приветствую Вас Гость
Меню сайта
Мини-чат
Главная » FAQ [ Добавить вопрос ]


Zakat

Zəkat” ərəb sözü olub əslində “inkişaf” “artım” mə`nasınadır. Amma şəriətdə zəkat “müsəlmanın bə`zi mallarından bir miqdar ayırıb şəriət deyən yerlərə sərf etməsidir.”

QUR`AN ZƏKAT BARƏSİNDƏ

1. Maidə surəsi, 12-ci ayə

“...Allah buyurmuşdur: Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl bir borc versəniz, əlbəttə günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs küfr edərsə, o, artıq doğru yoldan azmış olar!”

2. Ə`raf surəsi, 156-cı ayə

“Allah buyurdu: İstədiyimi əzaba düçar edərəm. Mərhəmətim hər şeyi əhatə etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!”

3. Tövbə surəsi, 34, 35-ci ayələr

“Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (Qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacıq (və onlara): Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızı (əzabını, acısını) dadın! – deyiləcəkdir!”

4. Tövbə surəsi, 71-ci ayə

“Mö`min kişilərlə mö`min qadınlar bir-birinə dost, həyandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət və hikmət sahibidir!”

5. Mu`minun surəsi, 1,2,3,4-cü ayələr

“Həqiqətən, mö`minlər nicat tapmışlar. O kəslər ki, namazlarında müti olub (yalnız Allaha) boyun əyərlər!

O kəslər ki, lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər.

O kəslər ki, zəkat verərlər.”

6. Nur surəsi, 37-ci ayə

“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (Qiyamət günündən) qorxarlar.”

7. Nur surəsi, 56-cı ayə

“Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun!”

8. Loğman surəsi, 4-cü ayə

“O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.”

9. Tövbə surəsi, 60-cı ayə

Xums
 

Xums

“Xums” ərəb sözü olub, əsl mə`nası “bir şeyin beşdən biri” deməkdir. Şəriətdə “xums”, müsəlmanın müəyyən şəraitlə bə`zi mallarının beşdə bir hissəsini ayırıb müstəhəqqinə (xums sahibinə) verməsidir.

QUR`ANİ-KƏRİMDƏ XUMS HAQINDA NAZİL OLAN AYƏLƏR

Müqəddəs Qur`ani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə mə`sum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.

Xums haqqında Qur`ani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində “xums” sözü aşkar surətdə qeyd olunmuş, digərində ona “haqq” ünvanı ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan “ənfal” ünvanı ilə ad aparılmışdır. İndi də o ayələri nəzərdən keçirək:

Birinci ayə: Ənfal surəsi, 41-ci ayə;

“(Ey mö`minlər! Əgər siz Allaha və haqla batilin ayrıd edildiyi gün..... nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!”[5]

Ayədəki “beşdə bir” sözü həmin ərəbcə işlətdiyimiz “xums” sözünün türkcə mə`nasıdır. Bu ayə xums barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir. Ayənin nazil olma səbəbi də həmin məsələ ilə bağlı olduğundan, onun xumsun vacib olmasına dəlalət etməsində müsəlmanlar arasında heç bir ixtilaf yoxdur.

Ayədən mə`lum olduğu kimi, xums Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinindir (yə`ni, Mə`sumların (ələyhimussalam)). Bundan əlavə, xumsun bir qismi də yetim, yoxsul və yolda pulsuz qalmış seyyidlərə (peyğəmbər övladlarına) çatır. Beləliklə, xums iki qismə bölünür:

Əvvəl: İmamların (ələyhissalam) səhmi.

Xumsun bu qisməti ya İmamın özünə verilməli, ya da o Həzrət qeybdə olan zaman bütün şəraitə malik olan müctehidə və ya onun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. O da öz dini elmi əsasında imam malını İmamın (ələyhissalam) razı olduğu yerlərdə, o cümlədən, dini tələbələrə, məscid tikilməsinə, yol çəkilməsinə, dini mədrəsələrin tikilməsi və sair yerlərə sərf etməlidir.

İkinci: Fəqir, yetim və yolda pulu qurtarıb qalmış seyyidlərin səhmi.

Xumsu iki yerə böldükdən sonra ikinci qismətini belə şəxslərə çatdırmaq lazımdır. Fəqihlərin nəzərinə əsasən, belə şəxslərə verilən xums, ehtiyata görə bütün şəraitə malik olan müctehidin icazəsi ilə olmalıdır. Yə`ni, hər bir müsəlman öz xumsunu vermək istədikdə ya müctehidin özünə, ya da onun nümayəndəsinə verməlidir. Belə olan halda müsəlman arxayın ola bilər ki, verdiyi xums Allah dediyi yolda xərclənmişdir. Onu da əlavə etmək lazımdır ki, xums verilərkən niyyət yalnız Allaha xatir olmalıdır. Niyyət xalis olmasa, verilən xums hələ qəbul deyildir. Çünki xums verməyin özü ibadət sayılır və ibadətdə yalnız Allah nəzərdə tutulmalıdır.

İkinci ayə: İsra surəsi 26-cı ayə

“Qohum-əqrəbaya, miskinə, (pulu qurtarıb yolda qalan) müsafirlərə də haqqını ver.”

Təfsirçilərin nəzərinə görə “Qohum-əqrəbadan” məqsəd Mə`sumlar (ələyhissalam), miskin və müsafirlərdən isə məqsəd seyyidlərdir.

Üçüncü ayə: Ənfal surəsi, 1-ci ayə

“(Ya Peyğəmbər!) Səndən qənimətlər (onların kimə çatması) haqqında soruşurlar. De ki: Qənimətlər Allahın və Peyğəmbərindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö`minsinizsə Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!”

Bu ayədə də xumsun Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) çatması və Onun göstərişi ilə sərf olunmasına işarə edilmişdir. Təbii ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) olmadığı vaxtda isə başqa Mə`sumlar (ələyhimussalam) bu vəzifəni öz öhdələrinə almışlar.

Xums va zakat haqda daha atrafli malumat www.al-shia.org saytindan oxuya bilarsiniz

Добавил: gunel

Форма входа
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM © 2024