Ziyarətgahın tarixi məzar üzərindəki kitabədən əlavə Əllamə Məclisinin " Biharul Ənvar" kitabının 118-ci cildində də öz əksini tapıb. Belə ki, burada Imam Kazım (ə) in övladları haqqındakı məlumatda Fatimə Kübra adı ilə adlandırılan və hal-hazırda Iranın Qum şəhərindəki Məsumə (ə.s.) nin doğumu və dəfn olunduğu ünvan, Qum şəhəri haqqında məlumatla yanaşı Fatimə Suğra adı ilə qeyd olunan və Bakının cənub hissəsində dəfn olunduğu "Bibi Heybətin" adı göstərilir