Mərhum Əllamə Məclisi Bəharul Ənvarda (88/190) mərhum Təbərsinin "Künuzun-nəcah" kitabından belə nəql edir ki, Məhəmməd bin Əhməd bin Əbi Leys baş veriş qarşıdurmaların birində, öldürülməyin qorxusundan Qüreyş qəbirlərinin yanına getmiş və orada gizlənmişdi. Bu arada o İmam Mehdi (ə.c) ilə görüşdü. Imam (ə.c) isə ona bu giriftarçılıqdan qurtarmaq üçün bir dua öyrətdi ki, onu oxumaqla üzləşdiyi problemdən xilas oldu. Bu dua sonralar "Fərəc" duası adı ilə məşhur oldu.
İmam Məhdi Sahibəz-Zəman (ә.c.)-ın qeybdә olduğu zamanda bu dua oxunulur: بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَن صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَى آبَائِهِ فِى هذِهِ السَّاعَةِ وَ فِى كُلِّ سَاعَةِ وَلِيًّا وَ حَافِظًا وَ قَائِدًا وَ نَاصِرًا وَ دَلِيلاً وَ عَيْنًا حَتَّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَ تُمَتِّعَهُ فِيهَا طَوِيلاً بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمِينَ
Oxunuş qaydası: Bismillahir-Rəhmanir- Rəhim Allahummə kun livəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvəa və tuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin.
Mənası: Rəhman və Rəhim Allahın adı ilə İlahi! Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol!!! Öz rəhmətinlə ey aləmlərin rəbbi!
|