Суббота, 20.04.2024, 03:44
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы новостей
Saytimizdaki yeniliklar [9]
Maqalalar [6]
!!!!!!!!! Aktual movzu !!!!!!!!! [0]
Hadis elmi [5]
Qurani-Kerim [13]
Dualar [2]
Мини-чат
Главная » 2009 » Июнь » 6 » Şeyx Kuleyni
Şeyx Kuleyni
17:26
Şeyx Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni Rey şəhərinin 38 kilometrliyində yerləşən Kuleyn kəndində anadan olmuşdur. Onun həyatı barədə məlumatlar azdır. Kuleyni haqqında söz demək üçün əlimizdə onun məşhur “Kafi” kitabından başqa bir istinadgah yoxdur. Kuleyni ilə tanışlıq üçün sadəcə “Kafi” ilə üzbəüz dayanmaq lazım gəlir. “Kafi” qülləsini fəth etmədən dində ən yüksək elmi mərtəbə sayılan ictihada çatmaq mümkünsüzdür.
    Abbasilərin istila atlarının ayaq səslərindən başqa səslərin eşidilmədiyi bir vaxt İranın Kuleyn kəndində Əhli-beyt eşqi ilə dolu bir evdə uşaq dünyaya gəldi. Bu hadisə böyük qeyb dövrünə təsadüf edirdi. Yaqub ibn İshaq öz oğlunun adını “Məhəmməd” qoydu. Məhəmmədin dünyada eşitdiyi ilk səs azan və iqamə səsi oldu. Məhəmməd ilk dərslərini anasından, atasından və böyük dayısından aldı. O, ibtidai təhsilini başa vurduqdan sonra Reyə mühacirət edir. Ailədən ayrılıq Məhəmməd üçün nə qədər çətin olsa da, Allah yolunda atılan bu addım möhkəm və davamlı idi. Kuleyni camaatin yavas-yavas islamdan uzaq dusduyunu gordukda hadis toplamaq va bununla da Islamin inkisafina tohfa vermak qerarina galdi. Məhəmməd cəmiyyətdəki xəstəliyi və onun çarəsini müəyyənləşdirdikdən sonra bir kənara çəkilib hədis toplamağa başladı. O, hədis yazmağı böyük ustadı Əbülhəsən Məhəmməd ibn Əsədi Kufidən öyrənirdi. Ən əsası Kuleyni öz dövrünün hadisələrinə biganə qalan insanlardan deyildi.
    Qərmətilər zərdüşt qatqılı əqidələri ilə şiəlik üzərinə hücuma keçəndə Kuleyni şiələri qəflət yuxusundan oyadan “Qərmətilərə cavab” kitabını yazdı.
    Kuleyni əsrini hədis əsri adıandırmaq daha düzgün olardı. Həmin dövrdə hədis toplamağa şövqlü insanlar şəhər-şəhər, ölkə-ölkə gəzərdilər.
   Kuleyni movcud imkanlardan faydalanaraq öz müqəddəs işinə başlamaq üçün Quma mühacirət etdi. Həmin vaxt Qumun əksər məscid və hüseyniyyələrində ravilər hədis söyləyərdi. Kuleyni Qumda Məhəmməd ibn İsa Əşəri kimi 35 böyük alimdən bəhrələnir. Kuleyni kitablarda 7140 hədisi nəql olunmuş Əli ibn İbrahim Qummi kimi əzəmətli şəxsiyyətlərlə ünsiyyətdə idi.

Qumda öz missiyasını başa vuran Kuleyni Kufəyə üz tutur. Kufə həmin vaxtlar elmi mərkəz sayılırdı. Bu şəhərdə hamı öz məzhəbini azad təbliğ edə bilirdi. Kufədəki İbn Əqdə böyük hədisçilərdən sayılırdı. Bu alim zeydi-carudi olsa da, hədis nəqlində olduqca təqvalı və dəqiq idi.
    Kuleyni Kufədən sonra Bağdada yola düşür. O, Bağdada daxil olanda artıq tanınmış bir alim idi. Bağdad əhli Kuleynidən fitva istəyərdi. “Siqətülslam” çağırılan ilk alim də Kuleyni olmuşdur.
    Kuleyni hətta İmam Mehdinin (ə) dörd naibinin dövrünün məşhur hədisçisi idi. Dövrün sıxıntıları səbəbindən həmin dönəmdə Əhli-beyt maarifinin daşınması Kuleyninin üzərinə düşmüşdü.

Категория: Hadis elmi | Просмотров: 1983 | Добавил: islam-kataloq | Рейтинг: 0.0/0 |
Всего комментариев: 4
4 BrandonAllob  
0
prescriptives coupon codes <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> breathing problems remedies

3 Urlgvb  
0
buy lipitor 80mg without prescription <a href="https://lipiws.top/">lipitor pills</a> buy lipitor pills for sale

2 Kfmxsp  
0
buy atorvastatin 10mg pills <a href="https://lipiws.top/">order atorvastatin 80mg pills</a> buy lipitor 20mg generic

1 maryam  
0
çox saolun diger hedis kitablarinin müəlifi barədə yazsaniz çox yaxsi olar

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM© 2024