Пятница, 29.03.2024, 07:48
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы дневника
Sehaba plus [10]
Sehabalar, ahli-beyt, islam ugrunda calisan dahi saxslar
Мини-чат
Главная » 2009 » Июнь » 20 » Şehidlar agasi - Hamza
Şehidlar agasi - Hamza
23:35
Muhammad Peygambar(s) buyurub: “Qardaslarimdan ən yaxsisi Əli(e), əmilərimdən an yaxşısı Həmzədir”. (Biharul-Ənvar, 22-ci cild,səh.274)

Peyğəmbərin(s) babası Əbdül-Mütəllib Hicazın sevimli şəxslərindən idi. “Əshabi-Fil” hadisəsindən qabaq onun daha bir oğlu olur və körpənin adını Həmzə qoyur. Həmzə Əbdül-Mütəllibin və anası Halə binti Vəhabın ağuşunda boya-başa çatdı.Halə binti Vahab Peyğambarimizin(s) anası Əminənin(e) əmisi qızı idi (Usdul-Ğabə, 2-ci cild, səh.46) Həzrət Muhamməd(s)  Həmzədən 4 yaş kiçik idi ( Muğazi, Vaqidi, 1-ci cild, səh.70). Peyğəmbər(s) həm də Həmzə ilə qan qardaşı idi. Həmzənin uşaq yaşlarından Peyğəmbərə(s) yaxınlığı  ona 1 sıra fəzilətlər qazandırdı. Həzrəti Peyğəmbər(s)  Xədicə(e) ilə evlənmək istədikdə əmiləri ilə məsləhətləşdikdən sonra, nəhayət, Həmzə ilə birgə Xədicənin atası Xuvəylidin yanına elçiliyə getdilər. (Tarixi-peyğəmbəre-islam, səh.69)

Peyğəmbər(s) öz təbliğinə başlayanda Həmzə ona iman gətirsə də,imanını açıqlamağı məsləhət görmürdü.

Bir gün  Peyğəmbər(s)  Səfa dağının yanından keçərkən Əbu-Cəhl onun qarşısını kəsdi, ona və İslama təhqirlər yağdırdı. Həzrəti Peyğəmbər(s) Əbu-Cəhlin bu hərəkətini cavabsız qoydu. Əbu-Cəhl isə Kəbənin yaxınlığında 1 dəstə qureyşlə oturdu. Bu vaxt Həmzə ora galdi. O daim ova gedər  və ovdan qayıtdıqda Allah evini təvaf edərdi. Kəbə ətrafında adamların toplaşması Həmzəyə təəcüblü göründü. Abdullah ibn Cədanın kənizi Peyğəmbərin(s) təhqir olunması hadısəsini Həmzəyə danışır.Bunu eşidən Həmzə qızmış şir tək Əbu-Cəhlin üstünə şığıdı.Ətrafdakı adamlar çətinliklə Əbu-Cəhli Həmzənin əlindən alırlar və Həmzəyə deyirlər:  Sən ki, müsəlman deyilsən, nə üçün bu hadisə səni narahat edir? Bu vaxt Həmzə deyir: Man müsəlmanam! Beləliklə Həmzə islamı qəbul etdiyini aşkar edir. Həmzənin bu sözləri müsəlmanları sevindirir. Həmzənin Peyğəmbəri(s)  himayə etməsi İslamın inkişafında mühum rol oynayır. Makkadaki ağrılı-acılı illərdən sonra Peyğəmbər(s) və müsəlmanlar Mədinəyə hicrət etdilər. Həmzə də ilkin hicrət edənlərdən idi. Zaman keçir İslamın günbəgün artan qüdrəti düşmənləri narahat edirdi. Peyğəmbərin(s) bayraq verdiyi və hərbi iş ardınca göndərdiyi ilk şəxs Həmzə oldu. Əbu Cəhlin başçılıq etdiyi Şamdan qayıdan 300 nəfərlik karvan dəniz sahilinə çatdı. Həmzə də 30 nəfərlə həmin yerə çatır. Taraflar döyüş üçün dayansalar da, hər 2 tərəflə peymanı  olan bir şəxsin vasitəçiliyi ilə döyüş baş tutmadı

Təcavüzkar kafirlər və müşriklər  müsəlmanların güclənməsindən narahat idilər. Müsəlmanlar belə qərara alırlar ki,  qureyşin Məkkəyə mal aparan karvanını  müsadirə etsinlər. Bundan xəbər tutan qureyş karvana böyük mühafizə qoymuşdu, karvana isə Əbu-Sufyan başçılıq edirdi. Beləliklə Bədr adlanan yerdə 2 qoşun üzbəüz dayanır. İslam qoşunundan fəqrli olaraq düşmən narahat idi və tərəddüd içində idilər. Döyüş başlamazdan qabaq kafirlərin Əsvəd Məxzumi adlı bir başçısı döyüşçülərdəki ümidsizliyi görüb qoşununa belə deyir: ya özüvüzü düşmən hovuzuna çatdırıb oradan su için,  ya hovuzları dağıdın, ya da öldürülün. Bunu deyib özü hovuzlara tərəf hərəkət etsə də, Həmzə ilə üz-üzə gəlir. Həmzə 1 zərbə ilə onun qıçını üzdü (“Sireye-ibn-Haşım”, 2-ci cild, səh.276) Əsvəd yerə yıxılmasına və ayağından qan axmasına baxmayaraq , sürünə-sürünə özünü hovuza tərəf çatdırmaq istədi. Amma Həmzənin iti qılıncı onun boğazına dirəndi və başı bədənindən ayrıldı. Beləcə, Həmzə Əsvədin su içmək arzusunu gözündə qoyur (“Tarixi-Təbəri”, 2-ci cild, səh.127). Həmzənin şücaəti tövhid qoşununun əzmini artırdı vəmüşriklərin  canına üşütmə saldı. Sonra döyüşün ilk mərhələsi, təkbətək döyüş başlandı. Müşriklərdən 3 döyüşçü qabağa çıxıb, qarşı tərəfdən  rəqib tələb etdi. Müsəlmanlar Əli(e), Həmzə və Ubeydə meydana girdi. Həmzə həmin gün yaxasına dəvəquşu lələyi sancmışdı. Bu əlamət onu müsəlman döyüşçülər arasında fərqləndırirdi. (Məğazi 1-ci cild, səh.76).

Əli(e) Vəlidlə, Həmzə Şeybə ilə, Ubeydə isə Ütbə ilə üzbəüz dayanmışdı. Təkbir sədaları altında döyüş başlandı. Çox keçməmiş Əli(e) və Həmzə öz rəqiblərinə qalib gəlib, ayağı kəsilmiş Ubeydənin köməyinə tələsdilər və müşrik döyüşçünün boynunu vurub, onu həlak etdilər (İbn Əsir, Kamil, 1-ci cild, səh.531) Daha sonra ümumi həmlə başlandı. Tarixçilər Bədr döyüşü haqqında yazırlar ki, bu döyüşdə müşriklərin əksəriyyətini Həmzə və Əli(e) öldürdü.

Bədr döyüşündən sonra düşmən intiqm eşqiylə alışıb yanırdı. Artıq Uhud döyüşü üçün şərait yaranırdı. Və budur son gecə gəlib çatır. Bu gecənin səhəri Həmzə şəhid olacaqdır. Həmin gecə Peyğəmbər(s) Həmzəni yanına çağırıb buyurdu: “Əmican zənnimcə tezliklə məndən uzaq düşəcək və məndən qeyb olacaqsan və Allahla görüş zamanı səndən İslam haqqında soruşanda nə cavab verəcəksən? Bu sözlərdən şəhid olacağını anlayan Həmzə dedi: Ey Peyğəmbər, mənə yol göstər. Peyğəmbər(s) buyurdu: Ey Həmzə, ixlasla şəhadət ver ki, La İlahə İllallah, Muhammadan-rəsulullah, sonra şəhadət ver ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və ona heç bir şəkk yoxdur. Şəhadət ver ki, sirat və mizan haqdır. Şəhadət ver ki, Əli(e) möminlərin əmiridir, Həsən(e) və Hüseyn(e), eləcə də Hüseynin(e) nəslindən olan imamlar haqdır. Həmzə ərz etdi: İnanıram və təsdiq edirəm.

Sonra isə Peyğəmbər(s) buyurdu: De ki, Həmzə Seyyiduş-Şuhəda, şəhidlər ağası, Allah və onun Rəsulunun şiri və Peyğəmbərin(s) əmisidir. Nəhayət, Peyğəmbər(s) Həmzəyə dua edib, buyurdu: “Allah səni öz əqidəndə möhkəm və müvəffaq etsin (Biharul-Ənvar, 22-ci cild, səh.278)

Beləliklə, səhər Uhud  dağının ətəyində döyüş başlanır.Əvvəlcə təkbətək döyüş başlandı. Əli(e) 9 kafirlə döyüşdü və onların həyatına son qoyur. Həmzə isə hələ savaş fürsəti gözləyirdi. O, düşmənə qalib gələnə kimi oruc tutacağına and içmişdi. Ümumi həmlə başlayanda İslam döyüşçüləri düşmən leşkərinin üzərinə hücuma keçdilər. Həmzə qəhramancasına düşmən qoşununun bağrını yarmaqdaydı. O bu döyüşdə 2 qılıncla vuruşur və fəryad edirdi ki, mən Allahın şiriyəm (“Əyanuş-Şiə”, 6-cı cıld, səh.245)  Həmzə Uhud döyüşündə şəhadətə yetməzdən qabaq 31 müşriki qılıncdan keçirtdi (Əsabul-Ğabə, 2-ci cild, səh.48) Həmzə həmin gün yaxasına dəvəquşu lələyi taxmışdı.

Döyüşün qızğın anında Əbu Sufyanın arvadı Hind qulamı Vəhşiyə vəd verib deyir ki, əgər o Həmzəni öldürsə onu azad edəcək.  Vəhşi ağacın dalında gizlənib məqan axtarırdı. Həssas 1 məqamda Həmzə yerə yıxılır və zirehi kənara düşür. Həmzənin bədənini zirehsiz görən Vəhşi pusqudan çıxıb gizlincə nizəni Həmzəyə tuşladı. Beləliklə, şəhidlər ağası Həmzə 59 yaşında əbədiyyata qovuşdu. Hind isə Həmzənin ciyərini çıxardıb çeynəyir. Döyüş sona çatdıqdan sonra Peyğəmbər(s) Həmzənin cənazəsini meydanda tapır və dünya dolu kədərlə buyurur: “Məni bu qədər qəzəbləndirən səhnə ilə üzləşməmişdim” (Məğazi 1-ci cild). Sonra üzünü Həmzəyə tərəf tutub buyurur: “Ey Həmzə! Ey Allah Peyğəmbərinin(s) əmisi! Ey Allahin və onun Rəsulunun şiri! Sən Allah Rəsulunu himayə etdin, onun müdafiəsinə qalxdın. (Əyanuş-Şiə, 6-ci cild, səh.246). Bu yolda canını fəda etdin.

Bu vaxt uzaqdan Həmzənin bacısı Səfiyyə göründü. Peyğəmbər(s) Səfiyyənin Həmzənin cəsədini görməsini istəməsə də Səfiyyə bunu görür və ağlamağa başlayır. Peyğəmbər(s) də dərdli-dərdli ağladı və üzünü Səfiyyəyə tutub buyurur: “Şad ol! Cəbrayıl mənə xəbər verdi ki, Həmzəni yeddi göydə “Əsədullah və Əsədul-rəsulihi” deyə çağırırlar. (Məğazi 1-ci cild, səh. 290) Şəhidləri elə Uhud dağının ətəyində dəfn edirlər.Fatimeyi-Zəhra(e) 2-3 gündən bi Həmzənin qəbrini ziyarət edirdi( Məğazi 1-ci cild, səh.313) Xanim Zəhra onun qəbrini təmir edər, səliqəyə salardı (Əyanuş-Şiə, 6-ci cild, səh.246) O, Həmzənin məzarı üstə ağlayardı (“Səfinətul-bihar”, 1-ci cild, səh.337). Muhammad Peyğəmbər(s) də buyurub: Məni ziyarət edib əmim Həmzəni ziyarət etməyən şəxs mənə cəfa qılmışdır.

İmam Baqir(e) “Əhzab surəsinin 23-cu ayəsini (“Möminlər arasında Allahla bağladıqları  əhdə sadiq olanlar var. Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir.) təfsir edərək buyurur: Əhdinə vəfa edən və əcəli çatan Həmzə və Cəfər oldu. Şəhadətini gözləyən isə Əli(e) oldu.(Biharul-Ənvar, 22-ci cild, səh.277)

Cabir ibn Abdullah deyir:”Bir gün Müaviyyənin göstərişi ilə Uhudda quyu qazılırdı. Qazıntı zamanı sanki yenicə basdırılmış Uhud şəhidlərinin cənazələri üzə çıxdı. Oradakılar hönkürtü vurub ağladılar. Həmin vaxt Uhud savaşından 40 il ötmüşdü. Həmzənin cənazəsinin bel ilə zədələnmiş ayağından qan axdı (“Tənqihul-
Категория: Sehaba plus | Просмотров: 1189 | Добавил: islam-kataloq | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Munhzu  
0
atorvastatin buy online <a href="https://lipiws.top/">lipitor 80mg usa</a> atorvastatin 80mg cost

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM© 2024