Четверг, 25.04.2024, 16:57
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы дневника
Sehaba plus [10]
Sehabalar, ahli-beyt, islam ugrunda calisan dahi saxslar
Мини-чат
Главная » 2009 » Июнь » 13 » Vafa va fadakarliq simvolu Hz. Abbas (e)
Vafa va fadakarliq simvolu Hz. Abbas (e)
21:10
Hörmətli və köklü ailədən çıxmış dindar olan bu xanım daha sonra Ummul Bənin olaraq adlandırılacaqdı. Hz. Əli (ə.s.) ilə Ummul Bəninin övladlarının hər biri kamal və cəsarət örnəyi olaraq tanınırdılar. Fəqət Hz. Abbas (ə.s.) onların ən məhşuru idi.
Hz. Abbasın (ə.s.) gözəl siması o həzrəti “Qəməri Bəni Haşim” (yəni, Haşimin oğullarının ayı) olaraq adlandırılmasına səbəb oldu. Uzun, səlvi boylu olması hər kəsin xoşuna gəlirdi. Çöhrəsindən ixlas, Allaha (c.c.) qulluq və fəzilətin ucalığı oxunurdu. Hz. Abbasın (ə.s.) dəyərli atası Hz. Əli (ə.s.) ilə bərabər keçirdiyi 14 il ona həyatın müxtəlif anlarında o həzrətin yüksək mərifət, eləcə də bilgisindən yararlanmaq imkanı yaradırdı. Həmçinin böyük qardaşları imam Həsən (ə.s.) və imam Hüseyn (ə.s.) ilə həyatın ən çətin və keşməkeşli illərində birlikdə hərəkət etməsi Abbasın (ə.s.) mənəvi şəxsiyyət və fəzilətlərinin artmasında son dərəcə təsirli izlər qoyub.
Hz. Əlinin (ə.s.) “Ataların oğullarına buraxacaqları ən dəyərli miras kamal və ədəbdir” deyən nəğməli səsi hər zaman Hz. Abbasın (ə.s.) yaddaşında canlanırdı. Buna görə də ata məktəbində ən yüksək dəyərləri öyrənərək kamala yetişdi. Abbas (ə.s.) həyatında hər zaman böyük və ali dəyərlərə yetməyi hədəflədi. Sadəcə Allahın (c.c.) rizasını qazanmaq üçün yaşadı. Hz. Əlinin (ə.s.) “Sənin ən yaxşı səhabən səni axirətə könül bağlamanı təmin edən, dünyada təqvaya sürükləyən və Allahın (c.c.) əmrini yerinə yetirməkdə sənə yardım edəndir” sözünü həmişə diqqətə alaraq özünə həyat dərsi olaraq qəbul edərdi.
Hz.Abbas (ə.s.) Əbulfəzl adı ilə də tanınırdı. Ancaq kim nə deyirsə desin o həzrətin ən bariz özəlliyi vəfa və fədakarlığıydı. Vəfalı olmaq insan ruhunun inkişafı və Allah-Təalaya yetişmənin göstəricisidir. O həzrət bu xüsusiyyətində hər kəsdən daha üstündür. Hz. Əbülfəzlin (ə.s.) İslama olan bağlılığı və vəfası İslamın Əməvi xanədanı tərəfindən təhrif edilərək yox olma təhlükəsinə düşdüyündə günəş kimi parladı. İslamı bu durumdan qurtarmaq və dini vəzifəsini yerinə yetirmək üçün qiyam edən dəyərli qardaşı, Cənnət gənclərinin ağası Hz. Hüseynlə (ə.s.) birlikdə qanlı Kərbala çölündə bənzərsiz qəhrəmanlığı ilə öz sözünü dedi. Döyüş meydanında İslam yolunda igidcəsinə döyüşərək həyatını fəda etmək bahasına olsa da Allah dininin və hökmlərinin yox olmasını əngəlləməyi bacardı. Bu isə Hz. Abbas (ə.s.) şəxsiyyətində fədakarlıq xüsusiyyətinin təcəssümüydü. Bəli, ancaq Əli ibn Əbu Talib kimi şəxsiyyətlərdən vəfa və fədakarlığın simvolu Hz. Abbas (ə.s.) kimi övladlar törənər.
Hz. Əbulfəzlin (ə.s.) yaşamındakı özəlliklərdən bəlkə də ən önəmlisi Hz. İmam Hüseynə (ə.s.) olan sevgi və bağlılığıydı. İmam Hüseyində (ə.s.) qarşılıqlı olaraq qardaşını sevər, hörmət duyardı. Bu duyğunun ən bariz şəkildə təcəlli etdiyi yer Kərbəla meydandır. Həmən gün Hz. Abbas (ə.s.) İmam Hüseynin (ə.s.) bayraqdarıydı. O həzrət iman, səbr və cəsarət sayəsində bütün çətinliklərə sinə gəlirdi. Düşmənləri onun heybəti qarşısında titrərkən, müdafiəsiz qadın və uşaqlar onun varlığından aramlıq tapardılar. Həqiqət, ədalət və Allahın (c.c.) dinini müdafiədən başqa hədəfi olmayan bu ali şəxsiyyət könlünü Allaha (c.c.) sevgi ilə süslərkən güc və iqtidar olma sevdasını qəlbindən tamamən silib atmışdı.
Hz. Abbasın (ə.s.) Kərbəlada göstərdiyi cəsarət və igidlik tarix səhifələrindən əsla silinməz. Qəddar düşmən amansızcasına İmam Hüseyn (ə.s.) və Əhli-Beytə su verilməsinə mane olarkən Əbulfəzl (ə.s.) tək başına düşmən ordusuna hücum edir. Onların mühasirəsini yararaq Fərat çayına yetişir. Susuzluqdan taqəti kəsilən Əbulfəzl (ə.s.) İmam Hüseyn (ə.s.) və Əhli-Beytini susuzluqdan acı çəkdiklərini düşünərək, tək bir qurtum belə su içmədən su qabını doldurdu. Lakin doldurduğu suyu düşmən əsgərlərinin qəddarlığı və amansızlığı nəticəsində İmam Hüseyn (ə.s.), eləcə də Əhli-Beytinə çatdıra bilmədi. Əbulfəzl Abbas (ə.s.) bu yolda şəhid olaraq cəsarət və fədəkarlığın ən gözəl örnəklərini sərgilədi.
Artıq 34 illik ömrün şərəfli sonluğu yetişmişdi. O həzrət başına endirilən son zərbədən sonra yerə yıxılır. Yarı canlı, yarı cansız bir halda son kəs qardaşına səslənməyə çalışdı:
- Ey Hüseyn, salam olsun sənə!
Bu nida, sadəcə salam nidası deyildi. Şəhidlər ölmədən öncə həmişə bu nidayla səslənirdilər məşuqlarına. Ölmədən öncə məşuqlarını son dəfə görə bilmək üçün…
P. S. Doğrudur, Hz. Abbas Kərbəladakı şəhadəti ilə ömür hekayəsini tamamlayır. Ancaq tamam başqa bir hekayəni başlamaq üçün. Qəhrəmanlıq, sadiqlik, fədakarlıq və Kərbəlada yazılan eşq hekayəsini bayraq edərək.
Категория: Sehaba plus | Просмотров: 1722 | Добавил: islam-kataloq | Рейтинг: 5.0/1 |
Всего комментариев: 2
2 Bdmoit  
0
atorvastatin 20mg usa <a href="https://lipiws.top/">buy lipitor 40mg generic</a> buy generic lipitor 40mg

1 Gmvgru  
0
lipitor 20mg ca <a href="https://lipiws.top/">order atorvastatin online</a> buy generic atorvastatin online

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM© 2024