Суббота, 25.11.2017, 10:25
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Категории каталога
Mashhad [1]
Qum [3]
Мини-чат
Главная » Статьи » Iran » Mashhad

Mashhad - Imam Rza(e) ziyaratgahi
 
Adı: Əli
Ləqəbi: Riza, Sabir, Fazil, Rəzi.
Künyəsi: Əbülhəsən
Doğum ili: 148-ci hicri-qəməri ili, zilqədə ayının 11-i, (765-ci miladi ili)
Şəhadəti: 203-cü hicri-qəməri ili, səfər ayının 29-u (təqribən 820-ci il).
Ömür müddəti: Əlli beş il.
İmamlıq müddəti: İyirmi il.
Doğulduğu yer: Mədinə şəhəri.
Dəfn olunduğu yer: Tus (Xorasan).
Həyat yoldaşı: Umm-Həbibə.
Atasının adı: Musa ibn Cəfər (ə).
Anasının adı: Nəcmə.
Övladı: Muhəmməd (Təqi, Cavad (ə))

İMAM RİZA (Ə) HAQQINDA HƏDİSLƏR
1. Muhəmməd ibn İshaq ibn Ənsar deyir: "Birinci Əbülhəsənə (ə) (İmam Musaya (ə)) dedim: "Mənə dinimi mənimsəyə biləcəyim bir şəxsi tanıtdır." İmam buyurdu: "Bu mənim oğlum Əlidir. Həqiqətən, atam mənim əlimdən tutub Peyğəmbərin (s) qəbri üstə apardı və buyurdu: "Oğlum, Allah-Təala buyurur: "Mən yer üzündə xəlifə qərarlaşdırıram" Allah-Təala buyurduğu hər sözə vəfa edər."
2. Davud Riqqi deyir: "Əbülhəsənə - İmam Museyi-Kazıma (ə) dedim: Qocalmışam  və sümüklərim süstləşib (boşalıb). Atanızdan soruşdum sizi mənə göstərdi, siz də mənə yol göstərin (yəni sizdən sonra İmam kimdir). Buyurdu: Bu, Əbülhəsən ər-Rizadır."
3. Əli ibn Yəqtin deyir: "Əbülhəsən (İmam Kazım (ə)) zindandan mənə yazdı ki, filan oğlan mənim oğlanlarımın seyyididir və mən öz künyəmi ona bağışladım."
4. Hişam ibn Əhmər deyir: "İmam Kazim (ə) mənə buyurdu: "Məğrib əhalisindən kiminsə gəldiyini bilirsənmi?" Mən cavab verdim: "Xeyr." İmam buyurdu: "Bəli, bir kişi gəlib, gəl gedək." Həzrət miniyinə mindi, mən də o Həzrətlə birgə süvar oldum və biz həmin kişiyə çatdıq. Kişi Mədinə əhalisindən idi və özü ilə qul-qaravaş gətirmişdi. Mən dedim: "Onları bizə göstər." Yeddi qız uşağı gətirdi. Lakin İmam onları qəbul etmədi və buyurdu: Onlara ehtiyacım yoxdur. Sonra buyurdu: "Digərini göstər." Kişi dedi: "Məndə xəstə bir qızdan başqa heç  kimsə yoxdur." İmam (ə) buyurdu: "Sənin üçün qorxusu yoxdur, onu gətir." Kişi imtina etdikdə İmam qayıdıb getdi və həmin günün sabahı məni onun dalınca göndərərək buyurdu: "Ona de ki, o kənizi neçəyə satırsan. Hər nə desə, de ki, mən həmin qiyməti qəbul etdim." Mən onun yanına getdim və o dedi: "Mən onu filan qiymətdən aşağı vermək istəmirəm." Mən dedim: "Qəbulumuzdur." Dedi: "Sənin olsun, amma mənə de görüm dünən səninlə gələn kişi kim idi?" Dedim: "Bəni-Haşimdən olan bir kişi idi." Dedi: "Hansı bəni-Haşim?" Dedim: "Mənim bundan artıq sənə deyiləsi bir sözüm yoxdur." Dedi: "Mən sənə bu kəniz barədə bir xəbər verim. Mən onu məğrib diyarının ən uzaq nöqtəsindən (Afrikadan) almışam." Kitab əhlindən olan bir qadın mənə rast gəlib soruşdu: "Səninlə olan bu kəniz kimdir?" Dedim: "Onu özüm üçün aldım." Dedi: "Bu qızın sənin kimisinə yoldaş olması rəva deyil. Bu kəniz yer üzünün ən yaxşı adamının həyat yoldaşı olmalıdır. Onun yanında çox qalmadan ondan bir oğlan dünyaya gələr və o oğlanın şərqdə və qərbdə tayı-bərabəri olmaz." Ravi deyir: "Mən onu İmamın yanına gətirdim. Çox keçmədi ki, İmam Riza (ə) ondan dünyaya gəldi."

İSMƏT XƏZİNƏSİNDƏN İNCİLƏR

1. İmam Riza (ə) buyurur: "Fiqhin və fəhmin nişanələrindən biri təmkin və sükutdur."
2. Fəth ibn Yəzid Curcani deyir: «Məkkədən Xorasana qayıdırdım. Yolda İraqa səfər etməkdə olan İmam Riza (ə) ilə qarşılaşdım. Eşitdim ki, belə buyurdu: "Hər kəs Allahdan qorxsa, mühafizə olunar və hər kəs Allaha itaət etsə, ona itaət edərlər." Mən çətinliklə bir vasitə tapıb o Cənabın hüzuruna yetişdim və ona salam verdim. Salamımın cavabını verib buyurdu: "Ey Fəth! Hər kəs Allahı razı salsa, məxluqun qəzəbindən qorxmaz. Həqiqətən,  Allahı yalnız Özü-Özünü vəsf etdiyi kimi vəsf etmək olar, başqa cür vəsf etmək olmaz. Necə dərk etmək olar bir varlığı ki, hiss üzvləri Onu dərk etməkdə acizdirlər. Hətta təsəvvürlər də onun dərgahına çatmazlar."
Kainatda cövlan edən xəyallar Onu məhdud edə bilməz. Gözlər Onu əhatə etməkdən acizdirlər. Vəsf edənlərin vəsfindən ucadır, məddahların mədhindən yüksəkdir. Yaxın ola-ola uzaqdır və uzaq ola-ola yaxındır. O, Öz uzaqlığında yaxındır və yaxınlığında çox-çox uzaqdır. Necəliyi və formanı O yaratmışdır və demək olar ki, "O necədir? Yerləşməni O reallaşdırıb və haradadır?" - sualı ona yaraşmaz. Çünki onun cavabına "necədir?" və "haradadır?" - sualı yol tapa bilməz.
3. İmam Riza (ə) buyurdu: «Bizim şiələrimizi üç məsələ ilə sınağa çəkin:
- Namazın vaxtlarına əhəmiyyət. Görün namazı ilkin vaxtda qılırlar, ya yox?
- Sirr saxlamaq. Yəni görün sirləri və məhramanə məsələləri gizlətməyə çalışırlar, ya yox?
- Maddi imkanlar nöqteyi-nəzərindən yoxlayın görün öz var-dövlətindən din qardaşları üçün pay ayırır, onların əlindən tuturlar, ya yox».
4. İmam Riza (ə) buyurmuşdur:  "Peyğəmbərlərin (ə) silahını özünüzlə gəzdirin."
Soruşdular: "Ey Rəsulallahın övladı, Peyğəmbərlərin (ə) silahı nə idi?"
Buyurdu: "Dua!"
5. İmam Riza (ə) buyurmuşdur: "Biz elə bir Əhli-beytik ki, kimə söz versək, onu öz borcumuz hesab edərik, yəni borc kimi onu qaytarmağı özümüzə lazım bilərik. Necə ki, Peyğəmbər (s) belə edərdi."
6. İmam Riza (ə) buyurmuşdu: "Hər kəs Allah-Təaladan gələn az ruziyə qane olsa, Allah-Təala da onun az əməlinə razı olar."

MƏŞHƏDİN  TARİXİ

"Məşhəd" sözü "şühud", "hüzur" və "şəhadətgah" (şəhid olunan yer) mənasındadır, və bu "məşahid" məşhəd sözünün cəmidir.  Məşhəd və məşahid sözləri hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə İmamların (ə), övliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi
202-ci (h.q.) ildə  Həzrət Riza (ə) Məmun Abbasinin əli ilə şəhadətə yetirildikdən sonra Sənabaddakı məqbərədə torpağa tapşırıldı. Bundan sonra Noğanın Sənabadı "məşhəd" adı ilə tanındı və zaman keçdikcə şəhər genişlənməyə başladı.
    

MƏŞHƏDİN MƏŞHUR ZİYARƏTGAHLARI

Şəhərin ən mühüm ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət İmam Rizanın (ə) pak hərəmini, Gövhərşad məscidini, Pirizad mədrəsəsini, Balasər mədrəsəsini, Şeyx Bəhainin məqbərəsini, Balasər məscidini, Zərrin Səqqaxanasını və digər mübarək yerləri əhatə edən Astani-qüds-Rəzəvi. Bundan başqa, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl günbəz), Nadir şahın məqbərəsi və s. də ziyarət olunmalı məkanlardır.

İMAM RİZANI (Ə) ZİYARƏT ETMƏYİN  FƏZİLƏTİ

İmam Rizanı (ə) ziyarətin savabı, fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum İmamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, bir nesəçini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s)  belə nəql edir ki,həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər."
2. Yenə də Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən(s) belə nəql edir ki, o Həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar."
3. Şeyx Səduq Həzrət Əlidən (ə) nəql edir ki, o Həzrət buyurmuşdur:
"Tezliklə mənim övladlarımdan olan bir kişi zülmkarlıqla zəhərləndiriləcəkdir. Onun adı mənim adım, atasının adı isə İmran oğlu Musanın adıdır. Agah olun ki, hər kim onu qürbətdə ziyarət edərsə, keçmiş və gələcək günahları ulduzlar, yağışın qətrələri və ağacların yarpaqları qədər olsa belə, Allah bağışlayar."
4. Şeyx Səduqdan nəql olunmuş başqa bir hədis belədir: "İmam Riza (ə) Məmunun əli ilə özünün necə öldürülməsini bəyan etdikdən sonra buyurur: "Hər kim məni qürbətdə, uzaqdan məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gəlib onu nigarançılıqdan və iztirabdan  xilas edərəm; birincisi, insanların əməl kitabları sağdan və soldan onlara verilən zaman, ikincisi, insanlar Sirat körpüsündən keçən zaman, üçüncüsü isə əməlləri tərəziyə qoyulan zaman».
5. Uyun ul-əxbarda İmam Cavaddan (ə) nəql olunmuşdur ki, o Həzrət buyurmuşdur:
"Atamın imamətinin həqiqiliyinə əqidəsi olduğu halda Tus vilayətini (Xorasanı) ziyarət edən şəxs üçün Allah yanında Cənnətə zaminəm".
Allah bizi o Həzrətin imamlıq haqqına arif olan zəvvarlardan etsin! Amin!

İMAM RİZANIN (ə) QISA ZİYARƏTNAMƏSİ

Şeyx Mufid "Moqneə" kitabında nəql etmişdir. Ziyarət qüslünü etdikdən və öz ən təmiz paltarını geyindikdən sonra deyərsən:

اَلسَّلامُ عَلَيْكَ يا ٿَلِىَّ اللَّهِ ٿَابْنَ ٿَلِيِّهِ اَلسَّلامُ عَلَيْكَ يا حُجَّةَ اللَّهِ ٿَابْنَ حُجَّتِهِ اَلسَّلامُ عَلَيْكَ يا اِمامَ الْهُدى ٿَالْعُرْٿَةَ الْٿُثْقى ٿَرَحْمَةُ اللَّهِ ٿَبَرَكاتُهُ اَشْهَدُ اَنَّكَ مَضَيْتَ عَلى ما مَضى عَلَيْهِ آبآؤُكَ الطّاهِرُٿنَ صَلَٿاتُ اللَّهِ عَلَيْهِمْ لَمْ تُؤْثِرْ عَمىً عَلى هُدىً ٿَلَمْ تَمِلْ مِنْ حَقٍّ اِلى باطِلٍ ٿَاَنَّكَ نَصَحْتَ لِلَّهِ ٿَلِرَسُٿلِهِ ٿَاَدَّيْتَ الاَْمانَةَ فَجَزاكَ اللَّهُ عَنِ الاِْسْلامِ ٿَاَهْلِهِ خَيْرَ الْجَزآءِ اَتَيْتُكَ بِاَبى ٿَ اُمّى زآئراً عارِفاً بِحَقِّكَ مُٿالِياً لاَِٿْلِيآئِكَ مُعادِياً لاَِعْدآئِكَ فَاشْفَعْ لى عِنْدَ رَبِّكَ اَلسَّلامُ عَلَيْكَ يا مَٿْلاىَ يَا بْنَ رَسُٿلِ اللَّهِ ٿَرَحْمَةُ اللَّهِ ٿَبَرَكاتُهُ اَشْهَدُ اَنَّكَ الاِْمامُ الْهادى ٿَالْٿَلِىُّ الْمُرْشِدُ اَبْرَءُ اِلَى اللَّهِ مِنْ اَعْدآئِكَ ٿَاَتَقَرَّبُ اِلَى اللَّهِ بِٿِلايَتِكَ صَلَّى اللَّهُ عَلَيْكَ ٿَرَحْمَةُ اللَّهِ ٿَبَرَكاتُهُ

«Əssəlamu ’ələykə ya vəliyyəllahi vəbnə vəliyyih. Əssəlamu ’ələykə ya huccətəllahi vəbnə huccətih. Əssəlamu ’ələykə ya imaməl-huda vəl-urvətəl-vusqa və rəhmətullahi və bərəkatuh. Əşhədu ənnəkə məzəytə ’əla ma məza ələyhi abaukət tahirunə sələvatullahi ələyhim. Ləm tu’sir əmən ’əla hudən və ləm təmil min həqqin ila batilin və ənnəkə nəsəhtə lillahi və lirəsulihi və əddəytəl-əmanəh. Fəcəzakəllahu ənil-islami və əhlihi xəyrəl-cəza. Ətəytukə biəbi və ummi zairən arifən bihəqqik. Muvaliyən liəvliyaikə muadiyən liə’daikə fəşfə’li ində Rəbbik.

Əssəlamu ’ələykə ya məvlayə yəbnə Rəsulillahi və rəhmətullahi və bərəkatuh. Əşhədu ənnəkəl-imamul-hadi vəl-vəliyyul-murşid. Əbrəu iləllahi min ə’daikə və ətəqərrəbu iləllahi bivilayətik. Səlləllahu ’ələykə və rəhmətullahi və bərəkatuh».
"Salam olsun sənə, ey Allahın dostu və Allah dostunun oğlu!
Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!
Salam olsun sənə, ey hidayət İmamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət  verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla getmisən. Allahın salavatı olsun onlara. Zəlalət qaranlığına hidayət nuru saçmısan. Heç vaxt haqqdan batilə əyilməmisən.
Sən həqiqətən də, Allah və onun Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirmisən. Allah səni İslam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın. Atam-anam sənə fəda olsun, mən sənin ziyarətinə, sənin imamət haqqına agah olaraq və dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilərək gəlmişəm. Mənə Allah dərgahında şəfaətçi ol.
Salam olsun sənə, ey mənim mövlam, ey Rəsulallahın oğlu! Allahın rəhmət və bərəkəti olsun sənə.
Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi İmam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınıram və sənin vilayətinə görə Allah dərgahına sığınıram. Allahın salavatı, rəhməti və bərəkəti olsun sənə".


HƏZRƏT İMAM RİZA (Ə) İLƏ VİDALAŞMA

لا جَعَلَهُ اللَّهُ آخِرَ تَسْليمى عَلَيْكَ  اَلسَّلامُ عَلَيْكَ يا ٿَلِىَّ اللَّهِ ٿَرَحْمَةُ اللَّهِ ٿَبَرَكاتُهُ اَللّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ زِيارَتى اِبْنَ نَبِيِّكَ ٿَحُجَّتِكَ عَلى خَلْقِكَ ٿَاجْمَعْنى ٿَاِيّاهُ فى جَنَّتِكَ ٿَاحْشُرْنى مَعَهُ  َفيقاً ٿَاَسْتَٿْدِعُكَ اللَّهَ ٿَاَسْتَرْعيكَ ٿَاَقْرَءُ عَلَيْكَ اَلسـَّلامَ آمَنّا بِاللَّهِ ٿَبِالرَّسٿُلِ ٿَبِما جِئْتَ بِهِ ٿَدَلَلْتَ عَلَيْهِ فَاكْتُبْنا مَعَ الشّاهِدينَ

«La cəələhullahu axirə təslimi ələyk. Əssəlamu ’ələykə ya vəliyyəllahi və rəhmətullahi və bərəkatuh. Əllahummə la təc’əlhu axirəl-əhdi min ziyarətibnə nəbiyyikə və huccətəkə ’əla xəlqik. Vəcmə’ni və iyyahu fi cənnətikə vəhşurni məəhu və fi hizbihi məəş-şuhədai vəs-salihinə və həsunə ulaikə rəfiqa. Və əstəvdiukəllahə və əstər’ikə və əqrəu ələykəssəlam. Amənna billahi və bir-Rəsuli və bima ci’tə bihi və dələltə ələyhi fəktubna məəşşahidin».


«Bu salamımı Allah sənə axırıncı salam qərar verməsin. Salam olsun sənə, ey Allahın vəlisi və Allahın rəhməti, bərəkətləri də sənə olsun. Ey Allah, Peyğəmbərinin övladı  və yaratdıqlarına Sənin höccətinin ziyarətini sonuncu qərar vermə. Behiştdə məni və onu cəm et, onunla, onun zümrəsində, şəhidlər və salehlərlə məni məhşur et və onlar yaxşı dostlardırlar və səni Allaha tapşırıram. Səndən mənə hamilik və diqqət istəyirəm. Sənə salam göndərirəm. Sənin gətirdiyin və hidayətçinə imanımız var. Bizim adımızı şahidlərin zümrəsində sabit et!».


ALLAH TƏBARƏKƏ və TƏALA CƏMİ HƏSRƏTİNDƏ OLANLARA QƏRİB İMAMIN (ə)
BU DÜNYADA ZİYARƏTİNİ, AXİRƏTDƏ İSƏ ŞƏFAƏTİNİ QİSMƏT ETSİN, İNŞƏALLAH!
------------------------------------------------------------------------------------------------------
 əl-Bəqərə surəsi, ayə 3
 Üsuli-kafi, c.2, səh.476, kitabul-hüccət
 Üsuli-kafi, c.2, səh.476, kitabul-hüccət
 Üsuli-kafi, c.2, səh.481, kitabul-hüccət
 Üsuli-kafi, kitabu-fəzlil-ilm, c.1, səh103
 Üsuli-kafi, Kitabi-tövhid, Külliyati-tövhid babı, c.1, səh.399
 Came ye-ayat və əhadise-nəmaz, c.1, səh.60
 Səfabəxş və moşkelgoşa, səh.14
 Biharul-ənvar, c.75, səh.339
 Biharul-ənvar, c.75, səh.349
Melumat www.juma-az.org saytindan goturulub
 
Категория: Mashhad | Добавил: islam-kataloq (03.09.2008)
Просмотров: 1572 | Рейтинг: 5.0/2 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright Salamzade Elnar & Mammadov Ali © 2017