Среда, 18.10.2017, 10:14
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Категории каталога
Baki [3]
Naxcivan [1]
Ganca [3]
Мини-чат
Главная » Статьи » Azerbaycan » Naxcivan

Ordubad cuma mascidi
CÜMƏ MƏSCIDI
Orta əsrlərə aid bu memarlıq abidəsi Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi 17-18 ci əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir. 1604-cü ilə aid olan bu fərmanda deyilir: "Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracal, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər". Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. 17-ci əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902/03-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun 12-13 cü əsrlərdə tikildiyi aydın olur. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur
Категория: Naxcivan | Добавил: islam-kataloq (18.11.2008)
Просмотров: 1112 | Комментарии: 1 | Рейтинг: 4.0/1 |
Всего комментариев: 1
1  
ordubad heqiqeten azerbaycanin incisidir.

Имя *:
Email *:
Код *:
Форма входа
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright Salamzade Elnar & Mammadov Ali © 2017