Auburn Qallipoli məscidi 1979-cu ildə ibadətə açılıb. Layihə əsasən Avstraliya Türk Müsəlman İcması tərəfindən maliyyələşdirilib. Digər millətlərə mənsub müsəlmanlar da bi işdə yardımçı olublar. Hal-hazırda məscidə ibadətə gələnlərin təxminən yarısı türk, yarısı isə başqa millətə mənsub müsəlmanlardır. Məscid klassik Osmanlı üslubunda inşa edilib. Bu məscid də Yeni Cənubi Uels ştatın ın Sidney şəhərində yerləşir.
|