SULTANƏHMƏD CAMİ
Sultanəhməd Cami, 1609-1616-cı illər arasında sultan I. Əhməd tərəfindən İstanbuldakı tarixi yarımadada, Memar Sədəfkâr Mehmet Ağaya tikdirilən məsciddir. Mavi, yaşıl və bəyaz rəngli İznik çiniləriylə bəzəndiyi üçün Avropalılar "Mavi Cami (Blue Mosque)" olaraq adlandırırlar..
Sultanəhməd, Türkiyənin altı minarəli ilk camisidir. Bir əfsanəyə görə dövrün padşahı I. Əhməd, başda minarələri qızıldan düzəltdirmək istəmişdir. Amma lazım olan qızılın dəyəri padşahın büdcəsini aşdığı üçün, caminin memarı Sədəfkâr Mehmet Ağa bu əmri guya yanlış eşidərək, "altın" (“qızıl”) sözcüyünü "altı" edərək, camini 6 minarəli inşa etdirmişdir.
Caminin ibadətxana bölümü 64 x 72 kv. metr ölçüsündədir. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin çapı 23,5 metrdir. Caminin içi 260 pəncərəylə işıqlandırılmışdır. Yazıları Diyarbəkirli Seyyid Qasım Gubarî tərəfindən yazılmışdır.
|