Вторник, 23.04.2024, 20:06
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы новостей
Saytimizdaki yeniliklar [9]
Maqalalar [6]
!!!!!!!!! Aktual movzu !!!!!!!!! [0]
Hadis elmi [5]
Qurani-Kerim [13]
Dualar [2]
Мини-чат
Главная » 2009 » Июнь » 30 » Imam Ali (e) Fatiha surasinda
Imam Ali (e) Fatiha surasinda
10:29
Ehli-Beytin (e.s.) fazilat va şanina dair Quranda an baslica suralardan biri olan “Fatiha” surasinda da yer alan bazi ayeler Ahli-Beytin (e.s.) fazilatlarini tasdiq baximindan nazil olmusdur. Indi isa bu ayalarin Hz. Ali (e) barasinda endiyini naql edan manbalari taqdim edak:
  1. “Kanzul Ummal” asarindan.

Ibni Abbas Peygambardan(s.a.a) naql etdiyi revayata gora:

“Peygambar(s) qezavat etdiyi bir anda Hz. Alinin(e) saginda va solunda 2 adam oturmusdu. Peygambar(s) bu vaxt onlara yonalarak bela buyurdu:

“Sag va sol ayrilikdir. Duzgun va dogru yol orta yoldur.” Daha sonra  Hz. Alini(e) isara edarak bela buyurdu:

„Bu siratul mustaqimdir (dogru yoldur). Ona tabe olun va ona itaet edin!”

  1. Nasainin “Xasais asarindan.

“Şübhə yoxdur ki, bu yol mənim doğru yolumdur. O halda ona tabe olun və başqa yollarla getməyin. Yoxsa sizi bu yolundan ayırarlar. Allah pisliklərdən çəkinəsiniz deyə sizə bunları əmr etdi (Ənam surəsi, 153-cü ayə)

    Həmin kitabda bu ayənin təfsirində “sirat” sözündə məqsədin Quran və Əhli-beyt(ə) olmasına dair rəvayətlər var.

   Yenə eyni kitabda ibni Abbas atasından və Zeyd ibni Əli ibn Hüseyndən(ə.s.) nəql edilən başqa bir rəvayət isə belədir:

      “Allah bəndələrini salam yurduna çağırır və dilədiyi kimsəni Sıratəl-müstəqimə hidayət edər” (Yunus surəsi , 25-ci ayə). Ayədəki “salam yurdunda” məqsədin Cənnət və “Siratəl-müstəqim”dəki qəsdin isə Hz Əli ibn Əbu Talibin (ə.s.) vilayəti olduğu bildirilmişdir (“Xəsais” kitabında bu ayə ilə əlaqədar olan bölümü)

  1. Hakim Xəskani Hənifini “Şəvahidut-Tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən (r.ə.), o da Peyğəmbərdən (s.ə.a.) nəql edərək:

     “Allah Əli ibn Əbu Talibi və onun xanımı (Hz. Fatimə(ə.s.)) ilə övladlarını öz höccəti olaraq qərar vermişdir. Onlar ümmətin elm qapılarıdır. Kim onların vasitəsi ilə hidayət olmuşsa, “Sıratəl-müstəqimə” hidayət olmuşlar (“Xəsais” kitabı c.1, səh58. hədis 89)

   5.Əllamə Sələbi təfsirində və Şeyx Abdullah Hənəfi “Ərcəhul mətalib kitabında Əbu Hureyrədən və digər səhabələrdən nəql edilən rəvayətlərə görə “Sıratəl-müstəqim”dəki məqsədin Peyğəmbərin (s.ə.a.) Əhli-beyti olduğunda ittifaq etmişlər.

   5.Hafiz Şəhr Məhəmməd ibn Əli ibn Şəhr Əşvab Mazandarani “Mənaqib” adlı kitabında Abdullah ibni Abbasdan bu ayənin təfsirində belə nəql edir:

 “Bizi sırətal-müstəqimə hidayət et” dedikdə Peyğəmbər bizi onun Əhli-beytini sevməli və onların yolu ilə getməli olduğumuzu bəyan etmişdir (“Xəsais” kitabı c.3, səh73)

        6.Sələbinin təfsir kitabında Bureyrədən “Bizi sıratəl-müstəqimə hidayət et” ayəsinin təfsirində belə nəql edilir:

    “Sıratda(yolda) məqsəd Məhəmməd və Əlinin yoludur”

 İmam Məhəmməd Baqirdən (ə.s.) belə buyrulur:

     “Bizi sıratəl-müstəqimə hidayət et. O sırat ki, nemət verdiyin şəxslərdir” ayəsi “Allahım, bizi İmam Əlinin vilayətinə və İslam dininə hidayət et” deməkdir.

      7.Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s.ə.a.) belə nəql edir:

    “Səhabələr Peyğəmbərin yanında olduğu bir vaxtda Hz Əliyə işarə edərək belə buurur: “Bu doğru yoldur. Ona tabe olun və ona itaət edin”.

      8.Əllamə Hüseyn Məhəmməd Təbatəbai “Əl-mizan” adlı təfsirində “Təfsirul Əyyaşi”dən imam Cəfər Sadiqin(ə.s.) belə buyurduğunu nəql edir: “Sıratəl-müstəqimdəki məqsəd Əmirəlmöminin Əlidir” (c.1. səh.39)

      9.Əhli-Beyt(ə.s.) məktəbinin mənbələrinə nəzər yetirdiyimizdə isə məsun imamlardan(ə.s.) nəql edilən rəvayətlərin işığında “sıratəl-mustəqim”dəki məqsədin onların özlərindən başqa heç bir şəxsə aid edilməyəcəyinə dair rəvayətlərə rastlanmaqdadır:

     “Bizik ən aydın yol və sıratəl-müstəqim” (Nurus-səqaleyn təfsiri c.1. səh20)

      10.Mufəzzəl ibni Ömər İmam Cəfər Sadiqdən (ə.s.) “sıratəl-müstəqim” haqqında soruşduqda bu cavabı almışdır:

 “Sırat yolu Allahın mərifətini tanıdan yoldur. Sirat iki dənədir – biri dünyada, digəri isə axirətdədir. Dünyadakı sırat-itaətin vacib olduğu məsum imamlardır. Demək hər kəs onu tanıyıb və ona itaət edərsə sıratəl-müstəqimə hidayət olmuşdur. Axirətdəki sirat isə Cəhənnəmin üzərindən keçmək üçün atılmış körpüdür. (“Təfsirul-Burhan” c.1)

    11.Sələbinin “Təfsirul Kəbir” kitabında “Fatihə” surəsi təfsir edilərkən Əbu Bureyyədən belə nəql edilir:

     “Doğru yol Hz. Məhəmməd (s.ə.a) və Onun Əhli-Beytinin yoludur”.

      Sələbi yenə Vaqi bin Cərraha, Səvriyə, Sədiyyə, səhabə və mühacirdən ibni Abbasa əsaslanaraq bu hədisi əlavə etməkdədir:

       “Bizi doğru yola hidayət et yəni bizi Məhəmməd (s.ə.a.) və Onun Əhli-Beytinin sevgisinə istiqamətləndir” deməkdir.

Категория: Qurani-Kerim | Просмотров: 3458 | Добавил: islam-kataloq | Рейтинг: 5.0/3 |
Всего комментариев: 3
3 Egenpq  
0
order atorvastatin 10mg generic <a href="https://lipiws.top/">cheap atorvastatin 10mg</a> order lipitor 40mg sale

2 Lfzkzg  
0
lipitor 40mg drug <a href="https://lipiws.top/">order atorvastatin 10mg sale</a> buy lipitor 10mg for sale

1 Abuhadi  
0
Salamuneleykum eziz qardaslar.Dua edirem ALLAHA(c.c)ki sizi bu dunya ve axiretde Peygember(s) Ehli Beyt (e) ve Qurani Kerimle mehshur elesin.Amin.Qardaslar sizden rica edirem Allaha xatir mene Ehli Beyte aid gozel meqaleler gonderin hansi ki mende yoxdu.Allah razi olsun

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM© 2024