Суббота, 23.09.2017, 10:16
KATALOQ
Приветствую Вас Гость | RSS
Меню сайта
Разделы новостей
Saytimizdaki yeniliklar [9]
Maqalalar [6]
!!!!!!!!! Aktual movzu !!!!!!!!! [0]
Hadis elmi [5]
Qurani-Kerim [13]
Dualar [2]
Мини-чат
Главная » 2009 » Июнь » 19 » Sahifeyi-Seccadiyya
Sahifeyi-Seccadiyya
15:07
                                                  
İmam Səccad əleyhissəlamın təbliğ və mübarizə metodlarından biri də İslam maarifini dua şəklində bəyan etmək idi. Bildiyimiz kimi dua insanla Allah arasında çox mühüm və tərbiyəvi tə’sir bağışlayan bir vasitədir. Bu baxımdan duanın İslam nöqteyi-nəzərindən xüsusi yeri vardır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və mə’sum İmamlardan bizə yetişmiş duaları bir yerə yığsaq, böyük bir toplu (dua ensiklopediyası) əmələ gələr. Bu dualar böyük tərbiyə məktəbi olub insanın ruhi qidasında böyük rol oynayır.

İmam Səccad əleyhissəlamın dövrü dikdatura mühitinə təsadüf etdiyi üçün o Həzrət öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Qur’an və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki, hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Qur’an” (Əz-Zəriətu ila təsanifiş-şiə,c.15,səh.18.) (Qur’anın bacısı), “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburu-Ali-Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)” (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin Zəburu) ləqəblərini vermişlər. (Riyazus-salikin, səh.4-5.)

 Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mər’əşi Nəcəfi “Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün həməsri olan, “Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mə’rəşi Nəcəfinin cavabında yazmışdı: “Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm.”( Səhifeyi-Səccadiyyənin tərcüməsi(Mütərcim: Seyyid Sədrüddin Sədr Bəlaği,Müqəddimə, səh.37) )

Səhifeyi-Səccadiyyənin misilsiz e’tibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.

Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli “Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir.( Əz-Zəriətu ila təsanifiş-şiə,c.3,səh.345-359. ) Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.

Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:

1. Allaha sitayiş;

2.Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun ailəsinə salam;

3.Asimanı daşıyan mələklərə salam;

4.Peyğəmbərlərin ardıcılları üçün rəhmət istəmək;

5.İmam Səccad əleyhissəlamın özü və dostları üçün duası;

6.Səhər və axşam vaxtı dua;

7. O Həzrətin çətinliklər, mühüm hadisələr və qəm-qüssə vaxtında oxuduğu dua;

8. Pis və bəyənilməz işlərdə Allaha pənah aparmaq barədə dua;

9.Bağışlanmaq üçün dua;

10. Allah dərgahına pənah aparmaq üçün dua;

11.Aqibətin yaxşı nəticələnməsi üçün dua;

12.Günahlara e’tiraf və tövbə etmək üçün dua;

13.Hacətlərin istənilməsi üçün dua;

14.Zalımlardan şikayət, zülm olunan zaman, yaxud zalımlardan xoşuna gəlmədiyi iş gördüyü zaman oxuduğu dua;

15.Xəstəlik, çətinlik və kədər irəli çıxan zaman oxuduğu dua;

16.Günah və eyblərin bağışlanması üçün dua;

17.Şeytan şərrini dəf etmək və onun hiylə və düşmənçiliyindən Allaha pənah aparmaq üçün dua;

18.Xətər sovuşduqdan və hacətin tez qəbul olmasından sonra oxuduğu dua;

19.Quraqlıq vaxtı yağış yağması üçün oxunan dua;

20.Gözəl və bəyənilmiş əxlaq üçün oxunan dua

21.Qəm-qüssə vaxtı oxunan dua;

22. Çətinlik və müşkülat zamanı oxunan dua;

23.Sağlamlıq (təmizlik) istəmək və onun üçün şükr etmək barədə dua;

24. O Həzrətin ata-anası üçün duası;

25.Өz övladları barədə dua;

26.Qonşu və dostları barədə dua;

27.İslam ölkəsinin sərhədçiləri üçün dua;

28. Allaha pənah aparmaq barədə dua;

29. Ruzinin azaldığı zaman oxunan dua;

30. Borcun ödənilməsi üçün Allahdan kömək istəmək barədə dua;

31.Tövbə etmək və tövbə zikri barədə dua;

32. Gecə namazından sonra oxunan dua;

33. Xeyir istəmək barədə dua;

34.Çətinlik zamanı və günah rüsvayçılığına giriftar olmuş şəxsi görərkən oxunan dua;

35.Dünya əhlini görən zaman razılıq etmək üçün dua;

36.Göy gurultusu eşitdikdə, bulud və şimşək gördükdə oxunan dua;

37.Allahın ne’mətlərinin şükrünü yerinə yetirməyin mümkün olmadığını e’tiraf etmək barədə dua;

38.Bəndələrin hüquqlarını yerinə yetirərkən naqislik olunan zaman oxunan dua;

39.Əfv və rəhmət istəyərkən oxunan dua;

40.Kiminsə ölümündən xəbərdar olduqda, yaxud ölümü yad edərkən oxunan dua;

41.Günah qarşısına pərdə çəkilməsini istəmək üçün dua;

42.Qur’anı xətm edərkən oxunan dua;

43.Təzə çıxmış ayı gördükdə və ona baxarkən oxunan dua;

44.Ramazan ayının əvvəlinin duası;

45.Ramazan ayı ilə vidalaşarkən oxunan dua;

46. Fitr bayramı və cümə günləri oxunan dua;

47.Ərəfə günü oxunan dua;

48. Qurban bayramı və cümə günləri oxunan dua;

49.Düşmənlərin hiyləsini dəf etmək üçün oxunan dua;

50. Allahdan qorxmaq barədə oxunan dua;

51.Ağlamaq və sızıldamaq barədə oxunan dua;

52.Allahdan xahiş etməkdə israr barədə oxunan dua;

53. Allah qarşısında kiçiklik üçün oxunan dua;

54.Qəm-qüssənin çəkilməsi üçün oxunan dua.

Qeyd etdik ki, Səhifeyi-Səccadiyyə təkcə dua, münacat və Allahdan hacət istəməkdən ibarət deyil. Eyni zamanda, onda siyasi, ictimai, mədəni və əqidəvi məsələlər də vardır. İmam Səccad (əleyhissəlam) öz duaları əsnasında dəfələrlə siyasi məsələlərə, xüsusilə də, İmamət və İslam cəmiyyətinin rəhbərliyi məsələsinə toxunmuşdur. İndi onlardan bə’zi nümunələri sizin nəzərinizə çatdırırıq:

1) İmam Səccad (əleyhissəlam) (Məkarimül-əxlaq duasının) iyirminci duasında buyurur: “İlahi, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Məhəmmədə salam göndər, mənə əl (qüvvə) ilə zülm edənə qarşı, mənimlə dil (sübut dili) ilə mübarizə aparana qarşı, mənimlə düşmənçilik və inadkarlıq edənə qarşı mənə qələbə əta et! Mənə qarşı hiylə işlədənə və fırıldaqçılıq edənə qarşı mənə tədbir, mənə təzyiq edənə qarşı mənə qüvvə, məndə səhv tutan və məni söyənlərə qarşı mənə təkzib qüdrəti və mənə düşmənlərin qorxu təhlükəsi qarşısında əmniyyət əta et...”

İmam Səccad (əleyhissəlam) Əbdülməlikin Hişam ibn İsmayıl Məxzumi (Mədinənin hakimi) kimi nümayəndələrinin zülm, inad,bədgümanlıq, hədə-qorxu və təzyiqlərinə mə’ruz qalmamışdımı? Buna əsasən, İmam Səccad əleyhissəlamın bu duası öz dövrünün hökumətinin zülmlərinə qarşı bir şikayət olmuş və bu baxımdan da siyasi xarakter daşımışdır.

2)İmam Səccad əleyhissəlamın Qurban bayramı günü və eləcə də, hər cümə günləri oxuduğu duada deyilir: “...İlahi, bu məqam (Qurban bayramının, cümə gününün namazı və xütbələri, onun vəzifəsi olan bu hakimiyyət və ümmətin rəhbərlik məqamı) Sənin seçilmiş bəndələrinə və canişinlərinə məxsusdur. Bu rütbələr Sənin onları çox yüksək mərtəbədə qərar verdiyin əmin bəndələrinə məxsus olub, ancaq zalımlar (zalım Əməvi xəlifələri) onu güclə qəsb edib ona sahib çıxmışlar... İş o yerə çatıb ki, Sənin xəlifələrin (biz İmamlar) məğlub olmuşlar. Onlar Sənin əhkamının dəyişilməsini, Sənin kitabının əməl meydanından uzaq düşdüyünü, vacib əməllərin təhriflərə mə’ruz qaldığını, Peyğəmbər sünnəsinin tərk olunduğunu öz gözləri ilə görürlər.

İlahi, Sənin seçilmiş bəndələrinin düşmənlərinə, əvvəldən axıra kimi, eləcə də onların ardıcılları və onların işlərinə razı olanlara lə’nət olsun, onları Өz rəhmətindən uzaqlaşdır...”

Bu duada İmam Səccad (əleyhissəlam) Peyğəmbər ailəsinə məxsus olan İmamət məsələsindən və onun zalımlar tərəfindən qəsb edilməsindən açıq-aşkar söhbət etmiş, bununla da, Bəni-Üməyyə hökumətinin qeyri-şər’i hökumət olduğunu bəyan etmişdir.

İmam Səccad (əleyhissəlam) Ərəfə gününün duasında buyurur: “İlahi, camaata rəhbərlik etmək və Sənin əmrlərini yerinə yetirmək üçün seçdiyin, onları Sənin elm xəzinədarların və dininin gözətçiləri tə’yin etdiyin Peyğəmbər ailəsinin ən pak adamlarına salam göndər! Sən onları bəndələrə Өz hüccətin tə’yin edib onları Өz istəyinə əsasən bütün çirkinliklərdən təmiz etdin və onları Səninlə vasitə və Өz Cənnətinin yolu qərar verdin... İlahi, Sən hər bir vaxt Өz dinini bir İmam vasitəsi ilə qoruyub saxlamısan, O İmamı qeybi əlaqə vasitəsi ilə Өzünlə əlaqədə saxladıqdan, onu Өz rizayətinə vasitə qərar verdikdən, ona itaət etməyi vacib etdikdən, ona asi olmağı nəhy etdikdən, onun əmr və qadağalarına itaət etməyi əmr etdikdən, hamının ona itaət etməsini vacib bilib heç kəsi onun itaətindən çıxmamasını əmr etdikdən sonra onu bəndələrinə rəhbər və bayraqdar, dünyada hidayət məşəli qərar verdin...”

İmam Səccad (əleyhissəlam) bu duada da, Peyğəmbər ailəsindən olan İlahi rəhbər və İmamların xüsusi mövqe və üstünlüklərindən söhbət etmişdir. Bu da şübhəsiz ki, dövrün hakimiyyətinin qeyri-şər’i olduğunu bildirir.

Категория: Dualar | Просмотров: 1338 | Добавил: islam-kataloq | Рейтинг: 5.0/3 |
Всего комментариев: 1
1  
Allahdan qorxmaq barədə oxunan dua;

51.Ağlamaq və sızıldamaq barədə oxunan dua;

52.Allahdan xahiş etməkdə israr barədə oxunan dua;


Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Поиск
Друзья сайта
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Copyright ISLAM-KATALOQ TEAM© 2017